Xəbər lenti
26/08/2025 [13:15]
Sabah yağış yağacaq
Arxiv
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

“Ermənistan Qərbdən silah texnologiyası alıb Rusiyaya satır”

Baxılıb: 363     Tarix: 19-04-2023 12:09   

“Rusiya silah istehsalı üçün lazım olan çip və digər elektron komponentləri digər ölkələr vasitəsilə almaqla Qərbin sanksiyalarından yayınır”.
Qanunvehedef.az xəbər verir ki, bu barədə ABŞ-nin “The New York Times” qəzeti yazıb.
Nəşrin xəbərinə görə, 2023-cü ilin martında ABŞ və Avropa İttifaqının (Aİ) məmurları Rusiyaya ixrac olunması qadağan olunan milyonlarla dollar dəyərində texnologiyaların Rusiyaya tədarük edilməsi barədə məlumat mübadiləsi həyata keçirib.
Məlumata görə, sözügedən ölkələrin texnologiyaları Rusiyaya əsas olaraq Ermənistan və Qazaxıstan vasitəsilə satılıb.
Onların sözlərinə görə, Rusiya, hətta qanadlı raketlərin istehsalı üçün vacib olan mikrosxem və digər elektron komponentləri əldə etməyə nail olur. Ölkənin daha sonradan bu qanadlı raketlərlə Ukraynaya zərbələr endirdiyi iddia olunur.
Bununla yanaşı, Rusiya silahları barədə araşdırma aparan “Conflict Armament Research” qrupunun sənədlərinin birində deyilir ki, Ermənistan 2022-ci ildə 2021-ci illə müqayisədə ABŞ-dən 515%, Aİ-dən isə 212% daha çox çip və prosessor idxal edib. Ermənistanın daha sonradan bu məhsulların 97%-ni Rusiyaya ixrac etdiyi bildirilir.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Mostbet AZ
Redaktor seçimi
Çox oxunanlar