Xəbər lenti
26/08/2025 [13:15]
Sabah yağış yağacaq
Arxiv
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ABŞ-də ilk dəfə Ramazan bayramı rəsmi qeyd ediləcək

Baxılıb: 615     Tarix: 20-04-2023 13:32   

ABŞ-ın Miçiqan ştatının bir bələdiyyəsində müsəlmanlar ilk dəfə Ramazan bayramının ilk gününü dövlət bayramı kimi keçirəcəklər.
Qanunvehedef.az xəbər verir ki, bu barədə ABŞ-ın Miçiqan ştatının Dearborn şəhərinin meri Abdullah Hammud yerli mediaya açıqlamasında deyib.
"Bir bələdiyyə ilk dəfədir ki, Ramazan bayramını elan edir və sizin inancınız digərləri kimi rəsmi olaraq tanınır. Düşünürəm ki, bu, böyük əhəmiyyət kəsb edir",- deyə o bildirib.
2021-ci ildə seçilən və Dirbornun ilk müsəlman bələdiyyə sədri olan Livan əsilli Hammud deyib ki, müsəlman icması ilk dəfə olaraq özünü özünün doğulub böyüdüyü şəhərin bir hissəsi kimi hiss edəcək.
Qəbul edilən qərarla ABŞ-da ilk dəfə olaraq bir bələdiyyənin bütün işçilərinə Ramazan bayramının ilk günü ödənişli məzuniyyət veriləcəyi, məhkəmələr və kitabxanalar kimi rəsmi qurumların isə bağlanacağı bildirilib.
Ramazan bayramı bələdiyyədə ilk dəfə bayram əhval-ruhiyyəsində qeyd olunacaq.
Dearborn ABŞ-da ən çox müsəlman əhalisi olan şəhər kimi tanınır və onun 110.000-ə yaxın əhalisinin təxminən yarısının ərəb mənşəli olduğu məlumdur.шаблоны для dle 11.2



Ən çox oxunanlar
https://mostbet-giris-az1.com/az-az/
Redaktor seçimi
Çox oxunanlar