“Rusiya Kremlə qarşı hücuma cavab verəcək”
Baxılıb: 326 Tarix: 04-05-2023 14:40
“Moskva Kiyevin Kremlə qarşı hücumlarına cavab verəcək”.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Rusiya XİN-in yaydığı məlumatda qeyd olunub.
Məlumata görə, bu cavab Ukraynanın Rusiya rəhbərliyi üçün yaratdığı təhlükələrin qiymətləndirilməsinə uyğun olacaq: “Bir daha təsdiq edirik ki, Rusiya kobud terror aktları cəhdlərinə qarşı cavab tədbirləri görmək hüququnu özündə saxlayır. Pilotsuz uçuş aparatlarının köməkliyi ilə Kremlə hücuma cəhddə təqsirli olan hər kəs tapılacaq və onları sərt və qaçılmaz cəza gözləyir. Bu cür cinayətlər cavabsız qalmamalıdır”.
Rusiya XİN mayın 3-nə keçən gecə baş verən hadisəni qətiyyətlə pislədiyini qeyd edib: “Şübhə yoxdur ki, Kremlə PUA-larla hücumun arxasında Kiyev rejimi dayanır. Kiyevin cinayətkar davranışları ölkənin münaqişənin siyasi-diplomatik yolla nizamlanmasında maraqlı olmadığını təsdiqləyir. Dünya ictimaiyyəti Kiyevin bu cinayətkar əməlini qınamalı, Ukraynanı terrorla mübarizə sahəsində öhdəliklərini yerinə yetirməyə vadar etməlidir. Qərbin Moskvaya qarşı zərbələr barədə susması onun Kiyevin terror üsullarına meyilli olmasından xəbər verir”.
Xatırladaq ki, Rusiya tərəfi martın 3-nə keçən gecə Ukraynanın PUA-larla Kremlə hücum etməyə cəhd etməsi barədə məlumat yayıb. Bildirilir ki, rusiyalı hərbçilər Kremlə yaxınlaşan iki PUA-nı zərərsizləşdirib. Ukrayna isə hücumun Kiyev tərəfindən təşkil edildiyini təkzib edib.
Ən çox oxunanlar
Son xəbərlər