Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Priqojin Şoyqunu Baxmuta çağırdı

Baxılıb: 680     Tarix: 12-05-2023 12:49   

“Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin Rusiyanın müdafiə naziri Sergey Şoyqunu hazırda döyüşlərin davam etdiyi Ukraynanın Baxmut şəhərinə çağırıb.
Qanunvehedef.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumat Priqojinin Şoyquya ünvanladığı məktubda yer alıb.
O, Şoyqunun Baxmuta gələrək orada yaranan vəziyyəti şəxsən qiymətləndirməsini istəyib.
Məktubda, həmçinin qeyd olunur ki, “Vaqner” döyüşçüləri hazırda Baxmutun 95%-dən çox hissəsinə nəzarət edirlər və hücumu davam etdirirlər: “Buna baxmayaraq, Ukrayna ordusu Rusiya Silahlı Qüvvələrinin bölmələrinin yerləşdiyi cinahlarda bir sıra uğurlu əks-hücum həyata keçirib”.
Xatırladaq ki, bir müddət əvvəl Y.Priqojinin teleqram kanalında yerdə onlarla cəsədin olduğunu əks etdirən video yayılıb. Görüntülərdə Priqojin qeyri-qanuni silahlı birləşmə üzvlərinin meyitlərini göstərərək onların mayın 4-ü Ukraynada müharibədə həlak olduqlarını iddia edir. Buna səbəb kimi isə 70 faiz silah-sursat çatışmazlığını göstərir. Bununla yanaşı, “Vaqner” muzdlularının mayın 10-u Baxmutu tərk edərək mövqelərini Rusiya ordusunun bölmələrinə təhvil verəcəkləri barədə məlumat yayılıb.





Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar