Xəbər lenti
Arxiv
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

BMT Qəzzada atəşkəsi alqışlayıb

Baxılıb: 517     Tarix: 15-05-2023 13:38   

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş İsrail ordusunun mayın 9-da blokadada olan Qəzza zolağına hücumlarına başlamasından sonra atəşkəsi alqışlayıb.
Qanunvehedef.az xəbər verir ki, baş katibin sözçüsü tərəfindən edilən yazılı açıqlamada tərəflər arasında atəşkəsdən məmnunluq ifadə edilib və bütün tərəflərə atəşkəsə əməl etməyə çağırış edilib.
Baş katib BMT, beynəlxalq hüquq və əvvəlki razılaşmalar əsasında iki dövlət həllini dəstəklədiyini bir daha bəyan edərək, yalnız danışıqlar yolu ilə dayanıqlı siyasi həllin davamlı sülhü təmin edəcəyini qeyd edib.
Çərşənbə axşamı, mayın 9-da İsrail ordusu İslami Cihad Hərəkatının icraçı heyətini hədəf aldığını əsas gətirərək, mühasirədə olan Qəzzaya hücum edib.
Hücumlarda 6-sı uşaq və 3-ü qadın olmaqla 33 fələstinli həyatını itirib; 32 uşaq və 17 qadın olmaqla 93 fələstinli yaralanıb.
Fələstinli qruplar bu hücumlara Qəzzadan İsrail tərəfinə 1000-dən çox raket və minaatan atmaqla cavab verib və bir israilli Rehovot şəhərində həyatını itirib.
İsrail ordusunun bombardmanlarında Qəzza zolağının müxtəlif yerlərində 20 bina dağıdılıb, 49 ev tamamilə yararsız hala düşüb, 940 evə ziyan dəyib.
Tərəflər mayın 13-nə keçən gecə atəşkəs haqqında razılığa gəliblər.шаблоны для dle 11.2



buy yes2win seo ranking