Xəbər lenti
29/10/2026 [13:59]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Zəlzələ bölgəsindəki seçiciləri təhqir edən 8 nəfər saxlanıldı

Baxılıb: 393     Tarix: 18-05-2023 12:02   

Türkiyədə mayın 14-ü keçirilən prezident və parlament seçkiləri zamanı zəlzələ bölgəsində səs verən sakinləri təhqir etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Qanunvehedef.az “Hürriyet”ə istinadən xəbər verir ki, Adana şəhərində bununla bağlı 8 nəfər saxlanılıb.
Sözügedən şəxslər sosial şəbəkə hesablarında zəlzələ bölgəsində səs verən vətəndaşları təhqir etməkdə, təxribat xarakterli paylaşımlar etməkdə şübhəli bilinirlər. Onlar polis bölməsində ifadə verdikdən sonra sərbəst buraxılıblar.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da öz növbəsində zəlzələ bölgəsindəki seçicilərin təhqir olunması ilə bağlı açıqlama verib: “Onları təhqir etdilər. Bu, çox çirkindir. Həmin əraziləri şənbə və bazar günləri ziyarət edəcəyik. Onları motivasiya etməyə çalışacağıq”.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar