Xəbər lenti
22/04/2025 [16:09]
Dollar kəskin ucuzlaşdı
22/04/2025 [14:43]
Artıq heç biri yoxdur...
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Bu gün Gürcüstanla Rusiya arasında uçuşlar bərpa edilir

Baxılıb: 371     Tarix: 19-05-2023 10:49   

Bu gün Rusiya və Gürcüstan arasında 2019-cu ildən dayandırılan uçuşlar bərpa olunacaq.
Qanunvehedef.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu gün Moskvadan Tbilisiyə ilk uçuşu Rusiyanın “Azimut” aviaşirkəti həyata keçirəcək.
Gürcüstan paytaxtına uçuşlar gündəlik olaraq “Vnukovo” hava limanından təşkil ediləcək. Gürcüstanın “Georgian Airways” aviaşirkəti isə Moskvaya uçuşları mayın 20-si bərpa edəcək.
Xatırladaq ki, iki ölkə arasında uçuşlar 2019-cu ildə Rusiya tərəfindən təktərəfli qaydada dayandırılıb. Buna səbəb isə Rusiya Dumasının deputatı Sergey Qavrilovun Gürcüstan parlamentinə getməsindən sonra Tbilisidə baş verən kütləvi etirazlar olub. Rusiya Prezidenti Vladimir Putin isə mayın 10-u iki ölkə arasında uçuşlara qoyulan qadağanı ləğv edib.
Qeyd edək ki, Gürcüstan 1990-cı illərin əvvəlində Abxaziya və Cənubi Osetiya üzərində nəzarəti itirib. 2008-ci ilin avqustunda baş verən müharibədən sonra isə Rusiya həmin ərazilərin müstəqilliyini tanıyıb, Gürcüstan isə cavab olaraq
Rusiya ilə diplomatik əlaqələrini kəsib.

Qanunvehedef.azшаблоны для dle 11.2