Xəbər lenti
28/08/2026 [13:10]
Sabah hava necə olacaq?
28/08/2026 [09:32]
İran ABŞ-ni hədələdi
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

İngiltərənin silah ixracı 2022-ci ildə rekord həddə çatıb

Baxılıb: 719     Tarix: 22-05-2023 15:48   

İngiltərənin silah ixracı 2022-ci ildə əvvəlki ilə nisbətən iki dəfə artaraq rekord həddə - 8,5 milyard funt-sterlinqə çatıb.
Qanunvehedef.az xəbər verir ki, silah ticarətinin kökünü kəsmək üçün çalışan Böyük Britaniyada yerləşən Silah Ticarətinə Qarşı Kampaniya təşkilatının təhlilinə əsasən, Britaniyanın silah ixracı iki illik azalmadan sonra 2022-ci ildə artıb.
Silah satışı, satış məlumatları açıqlanan ən geniş ixrac edilən növ olan vahid fərdi ixrac lisenziyaları (SIELs) əsasında hesablanmışdır.
Müvafiq olaraq, ölkənin silah ixracı keçən il 8,5 milyard funt-sterlinqə çatdı ki, bu da bu sahədə məlumatların yayımlanmağa başladığı 2000-ci illərin əvvəlindən bəri görülən ən yüksək səviyyədir. Ötən il silah ixracı 2021-ci ilə nisbətən iki dəfə artıb.
Böyük Britaniyanın ən çox silah ixrac etdiyi ölkə 2,7 milyard funt-sterlinqlə Qətər olub. İlki 2022-ci ilin avqustunda təhvil verilən "Tayfun" tipli döyüş təyyarələrinin ixracı Qətərə silah ixracının 2,4 milyard funt-sterlinqini təşkil edib.
Qətəri 1,1 milyard funt-sterlinqlə Səudiyyə Ərəbistanı və 860 milyon funt-sterlinqlə ABŞ izləyir. İngiltərənin ötən il Türkiyəyə silah ixracı 424 milyon funt-sterlinq, Ukraynaya isə 401 milyon funt-sterlinq təşkil edib.



{sape_links}{sape_article}