Xəbər lenti
22/04/2025 [16:09]
Dollar kəskin ucuzlaşdı
22/04/2025 [14:43]
Artıq heç biri yoxdur...
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Ərdoğan: "Sinan bəylə aramızda qətiyyən heç bir sövdələşmə olmayıb"

Baxılıb: 722     Tarix: 23-05-2023 12:34   

"Buradakı ofisimizdə Sinan bəylə görüşümüz oldu. Bu gün o, bizi və "Cümhur İttifaqı"nı dəstəkləyəcəyini bəyan etdi. Mən ona öz adımdan və bütün yol yoldaşlarım adından təşəkkür edirəm".
BAKU.WS "TRT Haber"ə istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib:
"Sinan bəy terrorla mübarizə, Türk dünyası ilə münasibətlərdə bizim aydın mövqeyimizi çox gözəl bilir. Biz bu məsələlərdə zərrə qədər də güzəştə getmirik. Bu olmayıb, ola da bilməz".
"İnanıram ki, bu güc birliyi millətimizə, ölkəmizə xeyir verəcək. Aşkar fakt budur ki, onun diqqət yetirdiyi bir məqam da qaçqınlar və sığınacaq axtaranlardır. Biz indi Suriyanın şimalındakı briket evlərindən başlayaraq 450 min qaçqını öz evlərinə qaytarmışıq. Amma hazırda bizim planımız var ki, 1 milyon qaçqın da ora qayıdacaq. Təbii ki, bu zamanla baş verəcək. Onun dediyi kimi, biz o yerlərə inam mühitində qayıtmağa çalışacağıq", - deyə Türkiyə dövlətinin başçısı vurğulayıb.

Qanunvehedef.azшаблоны для dle 11.2