Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Ukrayna ilə sərhəd Belqorodda qaz kəmərində yanğın oldu

Baxılıb: 676     Tarix: 24-05-2023 13:11   

Rusiyanın Belqorod vilayətinin Qrayvoron bölgəsində qaz kəmərində yanğın baş verib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov öz teleqram kanalında açıqlayıb.
Məlumata görə, regionun rəhbəri hazırda hadisə yerindədir və sutka ərzində proses bərpa olunacaq. İnsident nəticəsində bir yaşayış məntəqəsinə qazın verilişi dayandırılıb. Hazırda hadisənin səbəbləri araşdırılır.
Xatırladaq ki, Qladkov mayın 22-si bir qrup ukraynalı diversantın Belqorod vilayətinin ərazisinə daxil olduğu barədə məlumat yayıb. Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri Sərhəd Xidməti, Rusiya Qvardiyası və Federal Təhlükəsizlik Xidməti ilə yanaşı diversiya qrupunun zərərsizləşdirilməsi üzrə lazımi tədbirlər görürlər. Regionda antiterror əməliyyatı rejimi elan edilib. O, həmçinin bildirib ki, vilayətin dversantlar daxil olan Qrayvoron bölgəsinin sərhəd ərazilərində “təmizlənmə” əməliyyatları davam etdirilir. Ümumilikdə isə 9 yaşayış məntəqəsinin sakinləri təxliyə edilib.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar