Xəbər lenti
29/10/2026 [13:59]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

NATO-nun baş katibi Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçünTürkiyəyə gedəcək

Baxılıb: 752     Tarix: 02-06-2023 17:16   

NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etmək və yüksək səviyyəli danışıqlar aparmaq üçün Türkiyəyə gedəcək.
Qanunvehedef.az xəbər verir ki, NATO-nun bəyanatına görə Stoltenberq 3-4 iyun tarixlərində Ankaraya səfər edəcək.
İyunun 3-də prezident Ərdoğanın andiçmə mərasiminə qatılacaq Stoltenberq prezident Ərdoğanla yanaşı, yüksək səviyyəli türk rəsmiləri ilə də ikitərəfli görüşlər keçirəcək.
Stoltenberq dünən verdiyi açıqlamada İsveçin NATO-ya üzvlüyü ilə bağlı dialoqu Türkiyədə keçirilən seçkilərdən sonra yenidən başlamaq istədiyini və məsələni müzakirə etmək üçün Ankaraya səfər edəcəyini bildirib.

Hüseyinov Əbdülqəni



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar