Xəbər lenti
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Paşinyanın oğlunu oğurlamaqda təqsirləndirilən qadın ev dustaqlığına buraxıldı

Baxılıb: 287     Tarix: 05-06-2023 12:23   

Ermənistanda Apellyasiya Məhkəməsi Baş nazir Nikol Paşinyanın oğlunu qaçırmaqda şübhəli bilinərək həbs edilən Qayana Akopyan barəsində seçilmiş həbs-qətimkan tədbirini ev dustaqlığına dəyişdirib.
Qanunvehedef.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Akopyanın vəkili Georgi Melikyan açıqlayıb.
Xatırladaq ki, mayın 17-si Nikol Paşinyanın oğlu Aşot küçədə 44 günlük müharibədə həlak olan hərbçilərin valideynləri ilə rastlaşıb. Onlar Aşotu maşına əyləşməyə dəvət edib. Aşot bunu qəbul etmədikdə onu öldürüb qəbiristanlığa aparacaqlarını deyiblər. Onlar Aşot Paşinyanı öz avtomobillərinə minməyə məcbur ediblər, lakin o, bir anlıq dayanan maşından düşə bilib. Bu zaman təşkilata məxsus digər bir avtomobil onu vurub. Nəticədə Paşinyanın oğlu ayağından zədə alıb. Hadisədən sonra Ermənistanda müharibə zamanı ölən hərbçilərdən birinin anası olan Q.Akopyan saxlanılıb. Məhkəmə mayın 20-si Akopyanın 1 ay müddətinə həbs olunmasına dair qərar verib. O, Aşot Paşinyanın qaçırılmasının təşkilində ittiham olunur.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar