Xəbər lenti
20/09/2023 [15:37]
Prezident qəbul keçirdi
Arxiv
«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Rusiyaya casusluq edən eks-FTB agenti həbsxanada öldü

Baxılıb: 442     Tarix: 06-06-2023 12:31   

ABŞ-nin Federal Təhqiqatlar Bürosunun SSRİ və Rusiyaya casusluq etməsinə görə mühakimə olunan keçmiş əməkdaşı Robert Hanssen həbsxanada saxlanıldığı kamerada ölü tapılıb.
 “Associated Press”ə istinadən xəbər verir ki, 79 yaşlı Hanssen Kolorado ştatında həbsxana kamerasında huşsuz vəziyyətdə aşkar olunub. Daha sonradan onun təbii səbəblərdən dünyasını dəyişdiyi məlum olub.
Qeyd edək ki, Hanssen 2001-ci ilin fevralın 20-si saxlanılıb. İstintaq məlumatlarına görə, o, 1985-ci ildən etibarən Amerikanın elektron kəşfiyyat məlumatlarını Rusiya kəşfiyyatına ötürüb. 1991-ci ildə SSRİ-nin süqutundan sonra bu fəaliyyətini dayandırıb və 1999-cu ildə yenidən bərpa edib. Hanssen öz təqsirini etiraf edib və 2002-ci ildə ömürlük həbs cəzasına məhkum edilib.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar