Xəbər lenti
26/08/2025 [13:15]
Sabah yağış yağacaq
Arxiv
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə bağlı bu gün razılıq əldə edə bilər

Baxılıb: 501     Tarix: 07-06-2023 12:46   

Avropa İttifaqı ölkələrinin daimi nümayəndələri bu gün Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə bağlı razılığa gələ bilərlər.
APA xəbər verir ki, bu barədə “Politico” nəşri öz mənbələrinə istinadən yazıb.
Nəşrin yazdığına görə, yeni məhdudiyyətlərlə bağlı bir neçə məsələ hələ də tam həll olunmayıb, açıq suallar mövcuddur.
Belə ki, Almaniya da daxil olmaqla bir neçə ölkə sanksiyalardan yayınma ilə mübarizə üçün bir sıra tədbirlərin həyata keçirilməsinin Türkiyə və Çinlə münasibətlərə təsir edə biləcəyindən ehtiyatlanır.
Bu səbəbdən də Aİ bu məsələ ilə bağlı Avropa Komissiyasının sanksiyalarla bağlı ilkin təklifini yumşaldıb.
Həmçinin qeyd olunub ki, Macarıstan və Yunanıstan da yeni sanksiyalar paketinin qəbul olunmasına qarşıdır.
Xatırladaq ki, ötən ilin fevral ayından indiyə qədər (Ukraynadakı hərbi münaqişə başladığı gündən etibarən) Aİ artıq Rusiyaya qarşı 10 sanksiya paketi qəbul edib.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
https://mostbet-giris-az1.com/az-az/
Redaktor seçimi
Çox oxunanlar