Xəbər lenti
29/10/2026 [13:59]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Rusiya Krivoy Roqu atəşə tutdu - Ölən və yaralananlar var

Baxılıb: 420     Tarix: 13-06-2023 10:05   

Ukraynanın Dnepropetrovsk vilayətində yerləşən Krivoy Roq şəhəri gecə saatlarında Rusiya ordusu tərəfindən atəşə tutulub. 
Qanunvehedef.az “Strana” portalına istinadən xəbər verir ki, bu barədə məlumatı Dnepropetrovsk vilayətinin Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak açıqlayıb.
Məlumata görə, beşmərtəbəli yaşayış binasının atəşə tutulması nəticəsində 3 sakin həlak olub, daha 25 nəfər isə yaralanıb. Dağıntılar altında insanlar olduğu bildirilir. Hazırda binada yanğın davam edir.
Bununla yanaşı, yaxınlıqdakı avtomobillərə də ziyan dəyib. Şəhərin başqa hissələrində də yaralıların olduğu qeyd olunub.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar