Xəbər lenti
29/10/2026 [13:59]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

“Paşinyan Türkiyədə sərhədlə bağlı danışıqlar aparıb”

Baxılıb: 603     Tarix: 13-06-2023 12:05   

“Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun əvvəli Ankaraya səfəri zamanı iki ölkə arasında münasibətlərin normallaşdırılması üzrə Türkiyə tərəfinin xüsusi nümayəndəsi Serdar Kılıçla görüşüb”.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın “Past” qəzeti yayıb.
Məlumata görə, görüş zamanı müzakirələrin əsas mövzusu Ermənistan-Türkiyə sərhədinin, xüsusilə də iyul ayının ikinci yarısında “Marqara” nəzarət-buraxılış məntəqəsinin açılması imkanları olub.
“Eyni zamanda Paşinyan Türkiyədə ictimaiyyətə açıqlanmayan bir neçə görüş keçirib”, - deyə qəzet yazıb.
Xatırladaq ki, N.Paşinyan iyunun 3-ü Türkiyədə yenidən Prezident seçilən Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün Ankarada səfərdə olub.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar