Xəbər lenti
29/10/2026 [13:59]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Sankt-Peterburqda təhlükəsizlik tədbirləri gücləndirildi

Baxılıb: 461     Tarix: 16-06-2023 10:41   

Rusiyada Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun keçirildiyi “Ekspoforum” ərazisində təhlükəsizlik tədbirləri gücləndirilib.
Qanunvehedef.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ərazidə hüquq-mühafizə orqanlarının əməkdaşlarının sayı artırılıb. Polis əməkdaşları forum iştirakçılarının  nəqliyyat vasitələrinə, sənəd və şəxsi əşyalarına baxış keçirir. Şəxsi əşyaların yoxlanılması üçün xidməti itlərdən də istifadə edilir.
Məlumata görə, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu iyunun 14-dən keçirilsə də, əvvəlki günlərdə təhlükəsizlik tədbirləri bu dərəcədə sərt olmayıb.
Qeyd edək ki, bu gün forum çərçivəsində Rusiya Prezidenti Vladimir Putin BƏƏ-li həmkarı Məhəmməd bin Zayed Al Nahyan ilə görüş keçirəcək. Belə ki, BƏƏ Prezidenti forumda əsas qonaq qismində iştirak edir. Tədbir iyunun 17-nə qədər davam edəcək.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar