Xəbər lenti
29/10/2026 [13:59]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Britaniya itən sualtı qayığın axtarışları üçün xüsusi aparat göndərdi

Baxılıb: 731     Tarix: 22-06-2023 13:28   

Böyük Britaniya Atlantik okeanında turistləri “Titanik” gəmisinin qəzaya uğradığı yerə aparan “Titan” adlı sualtı qayığın axtarışları üçün “Juliet” aparatını göndərib.
Qanunvehedef.az “BBC”yə istinadən xəbər verir ki, uzaqdan idarəolunan aparat hazırda “Boeing C-17 Globemaster” hərbi-nəqliyyat təyyarəsinə yüklənir. Sözügedən təyyarə isə Cersi hava limanından yola düşəcək və Kanadaya gedəcək.  
Ümumilikdə “Juliet”in axtarış-xilasetmə əməliyyatının həyata keçirildiyi əraziyə çatdırılmasına 2 sutka vaxt tələb olunacaq. Sualtı qayıqda olan şəxslərin isə oksigen ehtiyatının artıq yaxın saatlarda başa çatacağı bildirilir.
Xatırladaq ki, “Titan” adlı sualtı qayığın axtarışları iyunun 19-u başlayıb. Qayıqda 5 nəfərin olduğu bildirilir.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar