Xəbər lenti
29/10/2026 [13:59]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Ruşun arvadı həlak olan “Titanik” cütlüyünün nəslindəndir

Baxılıb: 582     Tarix: 23-06-2023 09:01   

Xəbər verdiyimiz kimi, Atlantik okeanında turistləri “Titanik” gəmisinin qəzaya uğradığı yerə aparan sualtı qayığının bütün ekipaj üzvləri ölüb.
Qanunvehedef.az CNN-ə istinadən xəbər verir ki, həlak olanlardan biri də “OceanGate Expeditions” şirkətinin baş direktoru 61 yaşlı Stockton Ruşdur.
Məlum olub ki, onun həyat yoldaşı Vendi Ruş 1912-ci ildə "Titanik" gəmisində həlak olan bir cütlüyün nəslindəndir.
Belə ki, o, həmin hadisədə ölən pərakəndə ticarətlə məşğul olan Isidor Straus və həyat yoldaşı İdanın qızı Minnie Straus Veilin böyük nəvəsidir.
Böyük Britaniya hökumətinin milli arxivinə görə, I. Straus Nyu-Yorkun "Woodlawn" qəbiristanlığında dəfn edilib. İdanın nəşi isə heç vaxt tapılmayıb.
Qeyd edək ki, V. Ruş "OceanGate"nin kommunikasiyalar direktoru və ekspedisiya qrupunun üzvüdür.



Qanunvehedef.az




Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar