Xəbər lenti
Arxiv
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

Kanada "Titan"la bağlı araşdırmaya başladı

Baxılıb: 571     Tarix: 24-06-2023 11:25   

Kanadanın Nəqliyyat Təhlükəsizliyi Şurası "Titan" sualtı qayığında baş vermiş insidentlə bağlı araşdırmaya başlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə məlumat Şuranın saytında dərc olunub.
Qeyd olunub ki, məlumat toplamaq və hadisəni qiymətləndirmək üçün Sent Cons, Nyufaundlend və Labrador ştatlarına müstəntiqlər qrupu göndəriləcək.
Xatırladaq ki, turistləri "Titanik"in qəzaya uğradığı yerə aparan sualtı qayıq iyunun 19-da Atlantik okeanında itib. Sualtı qayıqda 5 nəfər olub.
Onlar britaniyalı iş adamı 48 yaşlı Şahzada Davud və onun 19 yaşlı tələbə oğlu Süleyman Davud, 58 yaşlı britaniyalı səyyah Hamiş Hardinq, Keçmiş Fransız Dəniz Donanmasının dalğıcı 77 yaşlı Paul-Henri Nargeolet və "OceanGate Expeditions" şirkətinin baş direktoru 61 yaşlı Stoktan Raşdır.
Onlar artıq ölmüş hesab edilirlər.

Qanunvehedef.azшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar