Xəbər lenti
29/10/2026 [13:59]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

İsveç hökuməti Quranın yandırılmasını pisləd

Baxılıb: 564     Tarix: 03-07-2023 09:35   

İsveç hökuməti Stokholmun əsas məscidi yaxınlığında Quranın yandırılmasını pisləyib, onu islamofob akt adlandırıb.
Qanunvehedef.az AFP agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkə XİN-i bəyanat yayıb.
“İsveç hökuməti İsveçdəki nümayişlərdə fərdlər tərəfindən edilən islamofob aktlar müsəlmanlar üçün təhqiramiz ola biləcəyini tamamilə başa düşür”, - bəyanatda qeyd olunub.
“İsveç hökumətinin fikirlərini heç bir şəkildə əks etdirməyən bu hərəkətləri qətiyyətlə pisləyirik”, - XİN-dən bildirilib.
Xarici İşlər Nazirliyinin bəyanatı Səudiyyə Ərəbistanında yerləşən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 57 üzv ölkəsini Quranın təhqirinə qarşı hərəkətə keçməyə çağırmasından sonra verilib.
Xatırladaq ki, iyunun 28-də Stokholmun mərkəzində Quran yandırılıb.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar