Xəbər lenti
28/08/2026 [13:10]
Sabah hava necə olacaq?
28/08/2026 [09:32]
İran ABŞ-ni hədələdi
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Fransanın Afrikadakı müstəmləkə siyasətinə qarşı etirazlar başladı

Baxılıb: 720     Tarix: 03-07-2023 15:40   

Uqandada ekofəallar növbəti dəfə Fransanın Afrikada davam edən müstəmləkə siyasətinə qarşı çıxaraq ölkədən ekoloji faciəyə görə kompensasiya tələb edirlər.
Qanunvehedef.az Trend-ə istinadən xəbər verir ki, Fransa və Uqandanın beş qeyri-hökumət təşkilatı, o cümlədən “Torpağın Dostları” təşkilatının Fransa şöbəsi və Uqandada yerləşən Afrika Enerji İdarəetmə İnstitutu (AFIEGO) Uqandadan Tanzaniyaya uzanan neft kəmərinin inşası ilə əlaqədar olaraq Fransanın “TotalEnergies” şirkətinə qarşı ikinci iddia ərizəsi ilə məhkəməyə müraciət ediblər.
İddianın predmetini infrastrukturun inşa edildiyi ərazidə torpaq və ərzaq hüququnun pozulması təşkil edir. Şirkətdən artıq altı ildir davam edən hüquq pozuntuları nəticəsində dəymiş zərərin geri ödənilməsi tələb olunur.
Qeyd edək ki, bu şirkətə qarşı sayca ikinci iddia ərizəsidir. Birinci iddia ekoloji risklər və bu ərazidə yaşayan insanların hüquqlarının pozulması ilə əlaqədar olaraq irəli sürülüb, lakin prosedur səbəbindən məhkəmə tərəfindən rədd olunub.
Boru kəmərinin əsas səhmdarı olan “TotalEnergies” ittihamları qəbul etmir.

Qanunvehedef.az



{sape_links}{sape_article}