Xəbər lenti
22/04/2025 [16:09]
Dollar kəskin ucuzlaşdı
22/04/2025 [14:43]
Artıq heç biri yoxdur...
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Putin qiyamdan sonra Priqojinlə görüşüb

Baxılıb: 527     Tarix: 10-07-2023 16:24   

Rusiya Prezidenti Vladimir Putin iyunun 29-da Kremldə Yevgeni Priqojin və “Vaqner” komandirləri ilə təxminən üç saat söhbət edib.
Qanunvehedef.az TASS-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
“Prezidentin belə bir görüşü olub. O, görüşə 35 nəfər dəvət etmişdi - bütün dəstə komandirləri və şirkət rəhbərliyini, o cümlədən Priqojinin özünü”, - Peskov deyib.
Mətbuat katibi görüşün təfərrüatlarını açıqlamayıb: “Yalnız onu deyə bilərik ki, Prezident şirkətin xüsusi hərbi əməliyyat çərçivəsində cəbhədəki fəaliyyətinə, həmçinin 24 iyun hadisələrinə qiymət verib”.  
Xatırladaq ki, iyunun 23-də Y. Priqojin Rusiya Müdafiə Nazirliyini onun şirkətinin mövqelərinə zərbələr endirməkdə ittiham edib və 25 min insanın “məsələni aydınlaşdırmağa” hazırlaşdığını bildirib. Səhər saatlarında o, Rostov şəhərində bütün hərbi obyektlərin nəzarətə götürüldüyünü açıqlayıb. Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Y. Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb, Prezident Vladimir Putin isə onun hərəkətlərini qiyam adlandırıb. İyunun 24-ü Belarus Prezidenti A. Lukaşenko Priqojinlə danışıqlar aparıb. O, Lukaşenkonun “Vaqner” qüvvələrinin hərəkətini dayandırmaq təklifini qəbul edib.

Qanunvehedef.azшаблоны для dle 11.2