Xəbər lenti
22/04/2025 [16:09]
Dollar kəskin ucuzlaşdı
22/04/2025 [14:43]
Artıq heç biri yoxdur...
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

“Saakaşviliyə möhlət vermək imkanı yoxdur”

Baxılıb: 410     Tarix: 19-07-2023 09:37   

"Hazırda Mixail Saakaşvilini cəza çəkməkdən azad etmək və ya ona möhlət vermək imkanı yoxdur".
Qanunvehedef.az xarici KİV-ə istinadən  xəbər verir ki, bu fikirləri Gürcüstanın ədliyyə naziri Rati Breqadze bildirib.
“İndiki mərhələdə bizim səlahiyyətimiz çərçivəsində bu şəxsin nə cəza çəkməkdən azad edilməsi, nə də cəzanın təxirə salınması imkanları yoxdur”, - deyə Breqadze bildirib.
Xatırladaq ki, M. Saakaşvili 2021-ci il oktyabrın 1-i Tbilisidə saxlanıldığı gün aclıq aksiyasına başlamışdı. O, 50 günlük aksiyadan sonra Qori hərbi hospitalında reabilitasiya kursu keçmiş, 2021-ci il dekabrın 30-na keçən gecə isə 12 saylı Rustavi həbsxanasına köçürülmüşdü. Saakaşvili 2022-ci ilin mayında uzun müddət davam edən aclıq aksiyasından sonra müalicə alması üçün Tbilisidə klinikaya köçürülüb. Gürcü siyasətçi bundan əvvəl iki cinayət işi üzrə qiyabi olaraq mühakimə olunub və ümumilikdə 6 il müddətinə azadlıqdan məhrum olunub.шаблоны для dle 11.2