Xəbər lenti
29/10/2026 [13:59]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Krım üzərində 11 PUA vuruldu

Baxılıb: 446     Tarix: 24-07-2023 10:30   

Bu gün Krım üzərində 11 PUA vurulub.
Qanunvehedef.az TASS-a istinadən xəbər verir ki, bu barədə regionun başçısı Sergey Aksenov teleqramda bildirib.
Onun sözlərinə görə, Cankoy rayonunda silah-sursat anbarına zərbə endirilib, həmçinin Kirov rayonunda şəxsi evə ziyan dəyib.
“İlkin məlumata görə, xəsarət alan olmayıb”, - o yazıb.
Aksenov sakinləri sakit olmağa və yalnız rəsmi məlumat mənbələrinə etibar etməyə çağırıb.
O əlavə edib ki, Cankoyda dəmir yolu, eləcə də Cankoy - Simferopol magistral yolunda hərəkət təhlükəsizlik məqsədilə bağlanıb.
***
Rusiya Müdafiə Nazirliyi iddia edib ki, bazar ertəsi gecə Kiyev Krımdakı obyektlərə 17 PUA ilə hücum etməyə çalışıb.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar