Xəbər lenti
29/10/2026 [13:59]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Nigerdə ən son vəziyyət...

Baxılıb: 628     Tarix: 28-07-2023 12:08   

Nigerin paytaxtı Niameyda həm qiyamçıların devirdiyi Prezident Məhəmməd Bazuma, həm də qiyamçılara dəstək nümayişləri keçirilib.
Qanunvehedef.az “France Info” radiosuna istinadən xəbər verir ki, etirazlar zamanı qiyamçıların tərəfdarları hakim Niger Partiyasının ofisinə hücum ediblər və binanın yanındakı dayanacaqda avtomobilləri yandırıblar.
Nigerdəki qiyamçıların lideri polkovnik Amadu Abdraman ölkə əhalisini sakitləşməyə və vandalizm və zorakılıqdan çəkinməyə çağırıb.
Xatırladaq ki, iyulun 27-də Niger hərbçiləri Prezident Məhəmməd Bazumun vəzifəsindən kənarlaşdırıldığını və respublika sərhədlərinin bağlandığını elan edib. Qiyamçılar tərəfindən devrilən M. Bazum xalqın onun prezidentliyinin nailiyyətlərini qoruya biləcəyinə ümid etdiyini bildirib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar