Xəbər lenti
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Zelenskiyə nəsə olsa...

Baxılıb: 504     Tarix: 01-08-2023 12:09   

Ukrayna müharibə şəraitində ölkə Prezidenti Volodimir Zelenskinin həlak olacağı təqdirdə görəcəyi tədbirlər barədə plana sahibdir. 
Qanunvehedef.az xəbər verir ki, bu barədə ABŞ-nin “Politico” nəşri yazıb.
Məlumata görə, Ukrayna Prezidentinin Rusiya qoşunları tərəfindən mümkün zərərsizləşdirilməsi məsələsi nə Ukraynada, nə də Qərbdə gözardı edilə bilər: “Volodimir Zelenski rəsmi olaraq dövlət başçısı olmaqla yanaşı, Rusiya ilə mübarizə üçün beynəlxalq dəstəyin cəlb edilməsində açar rol oynayır”.
“Politico” yazır ki, ukraynalı məmurlar bu barədə açıq şəkildə danışmaqdan imtina etsələr də, Zelenskinin həlak olması halı ilə bağlı plan mövcuddur: “Hələ ötən il ABŞ dövlət katibi Entoni Blinken bunu faktiki olaraq təsdiq edib. Belə ki, o, müsahibələrindən birində ukraynalıların belə bir planının olması barədə danışıb”.
Ukrayna Konstitusiyasına əsasən, ölkədə Prezident öz səlahiyyətlərini yerinə yetirə bilmədikdə, Ali Radanın sədri öhdəlikləri öz üzərinə götürür.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar