Xəbər lenti
28/08/2026 [13:10]
Sabah hava necə olacaq?
28/08/2026 [09:32]
İran ABŞ-ni hədələdi
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Aİ və Türkiyə Gömrük İttifaqı sazişinin yenilənməsini müzakirə edəcək

Baxılıb: 591     Tarix: 02-08-2023 12:38   

Avropa İttifaqı (Aİ) və Türkiyə avropalı tərəfdaşların və investorların etimadını bərpa etmək üçün Gömrük İttifaqı haqqında sazişin yenilənməsini müzakirə edəcək.
“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə iqtisadiyyat məsələləri üzrə Avropa komissarı Paolo Centiloni deyib.
Onun sözlərinə görə, tərəflər bir sıra mürəkkəb məsələləri həll etməlidirlər.
Qeyd edək ki, Türkiyə-Aİ Gömrük İttifaqı sazişi ilə bütün istehsal olunan məhsullar üçün vahid xarici tarif nəzərdə tutulur. O, emal edilmiş kənd təsərrüfatı məhsulları istisna olmaqla, xidmətlərə, dövlət satınalmalarına və ya kənd təsərrüfatına şamil edilmir.
P.Centiloni son iki həftə ərzində Türkiyənin maliyyə naziri Mehmet Şimşəklə iki dəfə görüşüb. Görüşlərin nəticəsi olaraq Avropa komissarı nazirin həm hökumətin iqtisadi planları, həm də Türkiyənin Aİ ilə münasibətlərinə dair müsbət açıqlamalarını eşitməkdə maraqlı olduğunu bildirib.
“Bloomberg”in məlumatına əsasən, yüksək səviyyəli Avropa rəsmiləri
Türkiyənin Aİ ilə münasibətləri bərpa etmək səylərini alqışlayıblar.

Qanunvehedef.az



{sape_links}{sape_article}