Xəbər lenti
29/10/2026 [13:59]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

İtaliyanın Baş naziri ona “faşist” deyən müğənnini məhkəməyə verdi

Baxılıb: 560     Tarix: 03-08-2023 12:27   
 
İtaliyanın Baş naziri Corciya Meloni “Placebo” qrupunun solisti Brayan Molkonun Turində verdiyi konsertdə siyasətçini “faşist, irqçi” adlandırmasından sonra məhkəməyə müraciət edib.
Qanunvehedef.az xarici KİV-ə istinadən xəbər verir ki, müğənni sözlərində italyan məmuru təhqir edib.
Molkonun tamaşaçılardan həmin anları çəkməməyi xahiş etməsinə baxmayaraq videogörüntülər internetdə yayılıb.
Molko LGBT hüquqlarını qorumaq çağırışı da daxil olmaqla müxtəlif mövzularda 10.000 pərəstişkarına müraciət edib.
Turin şəhər prokurorları hadisədən bir həftə sonra britaniyalı müğənni ilə bağlı araşdırmalara başlayıb.
Molkonun sözlərindən sonra yaranan reaksiya qrupun qastrol səfərinin davam edib-etməyəcəyini şübhə altına aldı. Lakin qrup avqustun 1-də İtaliyanın Sassari şəhərində səhnəyə çıxıb.
Qeyd edək ki, İtaliyanın cinayət məcəlləsinə görə, hökuməti, parlamenti və ya ordunu açıq şəkildə qara yaxan hər kəs 5000 avroya qədər cərimələnə bilər.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar