Xəbər lenti
22/04/2025 [16:09]
Dollar kəskin ucuzlaşdı
22/04/2025 [14:43]
Artıq heç biri yoxdur...
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Ermənistan Rusiyadakı səfirini dəyişəcək - KİV

Baxılıb: 365     Tarix: 03-08-2023 12:54   

Ermənistan rəhbərliyi ölkənin Rusiyadakı səfirinin dəyişdirilməsi məsələsini müzakirə edir.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı “Hraparak” qəzeti yayıb.
Qəzet yazır ki, Ermənistanla Rusiya arasında münasibətlərin yenilənməsi zərurəti yaranıb və bunu anlayan tərəflər müəyyən addımlar atır: “Bunlardan birincisi səfirlərin dəyişdirilməsidir. Rusiya Ermənistan səfirindən p qədər narazıdırlar ki, bu məsələ ilk növbədə həll ediləcək. Səfir Vaqarşak Arutyunyanın əvəzlənməsi uzun müddətdir müzakirə olunur, lakin əsas problem namizəd seçimi ilə bağlı olub”.
Bildirilir ki, sözügedən posta bir neçə şəxsin namizədliyi müzakirə edilib: “Ermənistanın bu vəzifəyə ölkənin hakim “Vətəndaş müqaviləsi” partiyasından deputat Qurqen Arsenyanın namizədliyi üzərində dayanıb.
Xatırladaq ki, Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyan bu vəzifəyə 2022-ci ilin yanvarında təyin edilib. Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin isə 2018-ci ilin aprelindən bu vəzifəni icra edir.шаблоны для dle 11.2