Xəbər lenti
22/04/2025 [16:09]
Dollar kəskin ucuzlaşdı
22/04/2025 [14:43]
Artıq heç biri yoxdur...
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

“Ukrayna Azərbaycanın yardımlarını yüksək qiymətləndirir”

Baxılıb: 298     Tarix: 11-08-2023 13:11   

“Müharibə dönəmində Azərbaycan Ukraynaya humanitar yardımlarını davam etdirir. Bu dəstəyə görə, Azərbaycan dövlətinə, Prezident İlham Əliyevə təşəkkür edirəm”.
Qanunvehedef.az AZƏRTAC-a istinadən verir ki, bunu Ukraynanın daxili işlər nazirinin müavini Boqdan Drapyatıy Azərbaycanın bu ölkədəki səfiri Seymur Mərdəliyevlə görüşündə deyib.
Onun sözlərinə görə, Ukrayna Azərbaycanın bu yardımlarını yüksək qiymətləndirir. “Bu, münasibətlərimizin strateji xarakterinin daha bir göstəricisidir”, - deyə nazir müavini vurğulayıb.
Azərbaycanın göstərdiyi humanitar yardımlar haqqında məlumat verən səfir S.Mərdəliyev, öz növbəsində qeyd edib ki, Prezident İlham Əliyev Ukrayna dövlətinə elektrik avadanlıqları üçün 7,6 milyon dollar ayrılması haqqında Sərəncam imzalayıb. Artıq müvafiq avadanlıqlar hazırlanır və maddi-texniki təchizat işlənir. Yaxın vaxtlarda Ukrayna Azərbaycandan generator və transformatorlar alacaq. Azərbaycan Ukraynaya humanitar yardım göstərməyə və bunu genişləndirməyə davam edəcək.
Tibbi və psixoloji reabilitasiya məqsədilə Azərbaycana ukraynalı uşaqların göndərildiyini vurğulayan S.Mərdəliyev göstərilən humanitar yardımların səmimi olduğunu, uşaqların sosial reabilitasiyası proqramlarının davam edəcəyini bildirib. O, Londonda keçirilən Ukraynanın Bərpası Konfransında elan olunduğu kimi Azərbaycanın Ukraynada bərpa layihələrində iştirak edəcəyini diqqətə çatdırıb, minatəmizləmə işləri üçün avadanlıqların veriləcəyini qeyd edib. Artıq bu istiqamətdə işlər aparılır. Eyni zamanda, Ukrayna tərəfinin xahişi ilə Azərbaycan minatəmizləmə işlərində öz təcrübəsini bölüşəcək.
“Azərbaycan işğaldan azad etdiyi ərazilərdə minaların təmizlənməsində böyük təcrübəyə malikdir və bu işləri beynəlxalq dəstək olmadan həyata keçirir”, - deyə səfir əlavə edib.
S.Mərdəliyev Azərbaycan dövlətinin İrpen şəhərinin infrastrukturunun bərpasında görəcəyi işlər barədə də ətraflı məlumat verib.
Görüşdə tərəflər maraq doğuran digər məsələləri də müzakirə ediblər.шаблоны для dle 11.2