Xəbər lenti
26/08/2025 [13:15]
Sabah yağış yağacaq
Arxiv
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Priqojinin qəzaya uğrayan təyyarəsində olan Rüstəm Kərimov kimdir? - FOTO

Baxılıb: 614     Tarix: 24-08-2023 12:07   

Bir gün əvvəl Tver vilayətində (Rusiya) göyərtəsində, ehtimal ki, "Vaqner" özəl hərbi şirkətinin (ÖHŞ) rəhbərliyinin olduğu təyyarə qəzaya uğrayıb. "Rosaviasiya" təyyarədə olması nəzərdə tutulan şəxslərin siyahısını dərc edib. KİV-in məlumatına görə, ölənlərin siyahısında ikinci pilot Rüstəm Kərimov da var - o, Permdən olub.
Qəzaya uğrayan "Embraer"in göyərtəsində olan Perm pilotunun həlak olması ilə bağlı məlumatı onun atası Şükür Kərimov təsdiqləyib.
Qeyd edək ki, avqustun 23-ü axşam saatlarında Tver vilayətində "Embraer" təyyarəsi qəzaya uğrayıb. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, təyyarədə ekipaj üzvləri də daxil olmaqla 10 nəfər olub. Onların hamısı ölü kimi siyahıya alınıb.
KİV-in məlumatına görə, sərnişinlər arasında "Vaqner" ÖHŞ-nin rəhbəri Yevgeni Priqojin də olub. Digər sərnişin Priqojinin "sağ əli" adlandırılan səhra komandiri Dmitri Utkindir./Oxu.az



Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
https://mostbet-giris-az1.com/
Redaktor seçimi
Çox oxunanlar