Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

“Vaqner”çilərdən Priqojinin ölümünə - Reaksiya

Baxılıb: 652     Tarix: 24-08-2023 15:23   

“Vaqner”in muzdlu döyüşçüləri şirkətin rəhbəri Yevgeni Priqojinin təyyarə qəzasında ölməsinə münasibət bildiriblər.
Qanunvehedef.az xəbər verir ki, bu barədə “Mojem obyasnit” teleqram kanalı məlumat yayıb.
Məlumata görə, Priqojinlə əlaqəli teleqram kanallarında yayılan məlumatlarda onların rəhbərlərinin ölümü ilə bağlı qisas almağa hazırlaşdıqları qeyd olunub. Onlar hadisəyə münasibət bildirərək öz sosial şəbəkə hesablarında Priqojinin ölümünə müxtəlif şərhlər bildiriblər. Onlardan biri Priqojinin ölümünü hətta “alçaqcasına törədilmiş qətl” adlandırıb.
“Ölüm faktı təsdiq olunarsa, qisas çox gecikməyəcək”, - deyə digəri qeyd edib.
“Readovka” isə yazır ki, hərbi birləşmənin Yevgeni Priqojin və onun “sağ əli” Dmitri Utkinin ölümü halında atacağı addımlarla bağlı əvvəlcədən hazırlanmış və təsdiq olunmuş mexanizmi mövcuddur.

Qanunvehedef.az



Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar