Xəbər lenti
29/10/2026 [13:59]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Nigerin Fransa üçün qoyduğu vaxt daralır - Son 3 gün

Baxılıb: 455     Tarix: 31-08-2023 09:01   

Niger Fransaya silahlı qüvvələrini ölkə ərazisindən çıxarması üçün 30 gün vaxt verib.
Qanunvehedef.az xarici mətbuata istinadən xəbər verir ki, bu müddət sentyabrın 3-də başa çatır.
Nigerdə üsyançıların yaratdığı "Vətənin Qurtuluşu Milli Şurası"nın nümayəndələri bildiriblər ki, Niger əhalisi arasında Fransa hərbçilərinin respublikada olmasından narazılıq artır. Ölkənin hakimiyyət orqanlarına Niamey bazasında yerləşdirilən fransız hərbçilərin qida, elektrik və su təchizatını kəsmək çağırışları var.
Xatırladaq ki, bu ilin 26-28 iyul tarixləri arasında Nigerin paytaxtı Niamey şəhərində hərbi çevriliş olub. Çevriliş nəticəsində ölkənin prezidenti Məhəmməd Bazum saxlanılıb və Prezident Qvardiyasının komandiri general Əbdürəhman Tiani hakimiyyəti ələ keçirib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar