Xəbər lenti
29/10/2026 [13:59]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Reznikov istefa ərizəsini Ali Radaya təqdim etdi

Baxılıb: 615     Tarix: 04-09-2023 11:55   

Ukraynanın müdafiə naziri Aleksey Reznikov istefa ərizəsini Ali Radaya təqdim edib.
Qanunvehedef.az xəbər verir ki, Reznikov bu barədə “X” hesabında paylaşım edib.
“Ukraynanın müasir tarixinin ən çətin dövrü olan son 22 ay ərzində xalqa xidmət etmək və Ukrayna ordusunda işləmək mənim üçün şərəf idi”, - deyə Reznikov qeyd edib.
Xatırladaq ki, Ukrayna Prezidenti Voldimir Zelenski dünən Reznikovu vəzifəsindən azad etmək barədə qərar qəbul etdiyini açıqlayıb. Onun postuna isə Dövlət Əmlakı Fondunun rəhbəri Rüstəm Umerov təyin edilə bilər.
Qeyd edək ki, Reznikov 2021-ci ilin noyabrında Ukraynanın müdafiə naziri təyin edilib.


Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar