Xəbər lenti
Arxiv
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Ukrayna Rusiyanın İran istehsalı olan 29 PUA-sını zərərsizləşdirib

Baxılıb: 569     Tarix: 26-09-2023 11:26   

Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri İran istehsalı olan “Shahed-136/131” 38 PUA-dan 29-nu zərərsizləşdirib.
“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Rusiya hərbçiləri bu hücumları Krım yarımadasından edib. Bir neçə “Shahed”in Odessa vilayətinin İzmail limanına hücumu nəticəsində buraxılış məntəqəsinin binası, anbar, 30-a yaxın yük maşını və 6 irihəcmli yük avtomobilinə ziyan dəyib, iki nəfər yaralanıb.
Məlumata görə, ötən sutkada Rusiyanın 400 hərbçisi zərərsizləşdirilib.
Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 276 670 hərbçisi məhv edilib.
Qeyd olunub ki, bundan əlavə, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 4 672 tank, 8 946 zirehli maşın, 4 924 operativ-taktiki PUA, 792 reaktiv yayılım atəş sistemi, 6 299 artilleriya sistemi, 533 hava hücumundan müdafiə sistemi, 315 təyyarə, 316 helikopter, 8 763 avtomobil və tanker, 925 xüsusi texnikadan ibarətdir.

Qanunvehedef.azшаблоны для dle 11.2