Xəbər lenti
29/10/2026 [13:59]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

ABŞ Ukraynaya şərt qoydu – “Davamlı dəstək üçün bu islahatlar aparılmalıdır”

Baxılıb: 612     Tarix: 26-09-2023 11:37   

ABŞ Ukraynaya davamlı dəstək üçün həyata keçirilməli olan islahatların siyahısını təqdim edib.
Qanunvehedef.az “AzPolitika.info”-a istihadən xəbər verir ki, bu barədə Ukraynanın “Ukrainska Pravda” nəşri öz mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, Ağ Evin Kiyevə göndərdiyi məktubda Ukraynanın ABŞ-dan hərbi və maliyyə yardımı almağa davam etməsi üçün həyata keçirməli olduğu islahatlar yer alıb. Sözügedən məktubun ABŞ-ın Milli Təhlükəsizlik Müşavirinin müavini Mayk Pyle tərəfindən Ukraynanın baş naziri Denis Şmıxala və Prezident Vlodimir Zelenskiyə göndərildiyi bildirilir.
Həmin islahatların müxtəlif dövlət şirkətlərinin Müşahidə Şuralarında, korrupsiyaya qarşı mübarizə orqanlarında, Ali Şuranın fəaliyyətiində və Ukraynanın məhkəmə sistemində aparılmalı olduğu vurğulanıb. Məlumata görə, sənəddə bu islahatların həyata keçirilməsi üçün müddətlər- 0-3 ay, 3-6 ay, bir il və 18 ay müddətində müəyyən edilib.
Eyni zamanda, bir il ərzində Ukrayna Müdafiə Nazirliyi və bütün hüquq-mühafizə orqanlarının fəaliyyətində bir sıra dəyişikliklərin edilməsi də əsas prioritet kimi müəyyən olunub.






Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar