Xəbər lenti
22/04/2025 [14:43]
Artıq heç biri yoxdur...
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Türkiyədə terror təbliğatında ittiham olunan jurnalist saxlanıldı

Baxılıb: 698     Tarix: 03-10-2023 15:52   

Türkiyədə yayımlanan HALK TV kanalının əməkdaşı Ayşenur Arslan saxlanılıb.
Qanuvehedef.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.
Jurnalistin saxlanılmasına səbəb oktyabrın 2-də bir bir gün öncə Ankarada baş verən terror hadisəsini şərh edərkən işlətdiyi ifadələr olub. İstanbul Baş Prokurorluğunda A. Arslanla bağlı əvvəlcə istintaq başladılıb, sonra isə jurnalist İstanbulun Sarıyer ərazisində yerləşən evində saxlanılıb. O, “terror təşkilatının təbliğatını aparmaq”, “cinayəti və cinayətkarı tərifləmək” maddələri ilə ittiham olunur.
Arslanın yaxın saatlarda ifadə verəcəyi gözlənilir.
Həmçinin Türkiyə Radio və Televiziya Üst Qurumu (RTÜK) tərəfindən Halk TV ilə bağlı da araşdırmalara başlanıldığı bildirilir.
Qeyd edək ki, oktyabrın 1-də Türkiyə Daxili İşlər Nazirliyi Mühafizə Baş İdarəsinə terror hücumu olub. Terrorçulardan biri özünü partladıb, digəri isə zərərsizləşdirilib. Hadisə ilə əlaqədar iki polis əməkdaşı yüngül xəsarət alıb.

Qanuvehedef.azшаблоны для dle 11.2