Xəbər lenti
29/10/2026 [13:59]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Misir Qəzza ilə bağlı humanitar dəhliz ideyasını qəbul etməyib

Baxılıb: 772     Tarix: 12-10-2023 13:02   

Misir Qəzza zolağından mülki şəxslərin təxliyəsi üçün humanitar dəhlizlərin yaradılması ilə bağlı təklifləri qəbul etməyib. 
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı Misirin təhlükəsizlik xidmətlərində olan mənbəyə istinadən “Reuters” agentliyi yayıb.
Məlumata görə, Qahirə danışıqları zamanı sözügedən təhlükəsiz dəhlizlərin açılması barədə planlar irəli sürülsə də, Misir rəhbərliyi bu təklifləri qəbul etməyib.
Daha əvvəl isə “Axios” portalı İsrail və Misirin Qəzza zolağından qaçqınların təxliyəsi üzrə dəhlizin yaradılması ilə bağlı razılığa gəldiyini yazıb. Yayılan məlumatda bildirilib ki, sözügedən planın icrası böyük çətinliklərlə müşayiət oluna bilər. Belə ki, bunun üçün atəşkəs tələb olunur.
Portal eyni zamanda Qəzza zolağında 500-dən çox amerikalının və digər ölkələrin yüzlərlə vətəndaşının olduğunu qeyd edib: “Onlar arasında BMT əməkdaşları, qeyri-hökumət təşkilatlarının üzvləri və jurnalistlər də var”.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar