Xəbər lenti
29/10/2026 [13:59]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

İsrailin Qəzzadakı quru əməliyyatı 3 ay davam edə bilər

Baxılıb: 541     Tarix: 23-10-2023 09:56   

İsrail ordusunun Qəzza zolağında planlaşdırdığı quru əməliyyatı 3 aya qədər davam edə bilər. 
Qanunvehedef.az “The Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə məlumatı İsrailin müdafiə naziri Yoav Qalant açıqlayıb.
Onun sözlərinə görə, İsrail HƏMAS-ı aradan qaldırsa, bu, sonuncu əməliyyat olacaq: “Düşmən zirehli texnika və piyadalarımızla qarşılaşmazdan əvvəl, hərbi-hava qüvvələrimizin bombalarını görəcək”.
Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb. Oktyabrın 19-u isə Yoav Qalant İsrail qüvvələrinin tezliklə Qəzza zolağına girə biləcəyini bildirib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar