Xəbər lenti
21/04/2025 [12:10]
Roma Papası öldü
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

“ÖZÜNÜZƏ İŞ TAPIN...” – Qarabağdan gedən ermənilərə Paşinyandan bəd xəbər

Baxılıb: 578     Tarix: 23-10-2023 11:48   

Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağdan köçmüş ermənilər üçün yeni yardım proqramı elan edib.
Qanunvehedef.az “AzPolitika.info”-a istinadən xəbər verir ki, bu barədə o, sosial şəbəkədəki hesabında yazıb.
İlkin yardımlardan fərqli olaraq budəfəki maliyyələşmədə bəzi dəyişikliklər yer alıb. Paşinyan bildirib ki, vəsait ancaq prioritet xərclər üçün nəzərdə tutulub və Qarabağdan gələnlərin hamsını əhatə etməyəcək.
“Noyabr və dekabr ayları ərzində yaşayış və kommunal xərclər üçün nəzərdə tutulan vəsaitdən əlavə dövlət büdcəsindən hər bir şəxsə 50 min dram (211 manat – red.) ayrılacaq. Bu yardım bank hesabında müəyyən həddi aşmayan, dövlət tərəfindən təmin edilmiş sığınacaqlarda yaşayan və ya hökumətin himayəsində olan şəxslər və onların ailə üzvlərini əhatə edəcək”, - o əlavə edib.

Baş nazir bildirib ki, yaxın günlərdə ermənilər üçün uzunmüddətli mənzil təminatı məsələlərini müzakirə etməyə başlayacaqlar. Bu Ermənistan vətəndaşları üçün nəzərdə tutulan oxşar proqramlarla birləşdiriləcək.
Paşinyan həmçinin onları yaxın iki ay ərzində Ermənistanda özlərinə iş tapmağa çağırıb. ”Təbii ki, hökumət də bu məsələdə mümkün tədbirlərlə köməklik göstərəcək”, - o qeyd edib.
Belə məlum olur ki, dövlətə güvənərək verilən mənzildə məskunlaşan vətəndaşlar pul almayacaq, öz hesabına mənzil kirayə edənlərə isə yardım veriləcək. Bundan əlavə, bank hesabındakı balansla bağlı qoyulan məhdudiyyətlər də suallar doğurur.

Qanunvehedef.az
 шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar