Xəbər lenti
29/10/2026 [13:59]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

PAŞİNYAN BUNDAN XƏBƏRDAR İDİ - "Şahramanyanı Bakının tələblərini yerinə yetirməyə çağırıb"

Baxılıb: 723     Tarix: 24-10-2023 11:20   

“Nikol Paşinyan “dqr”in (qondarm qurumun - red.) yekun ləğvi haqqında “fərman”ın mətnindən xəbərdar idi. O, şəxsən Samvel Şahramanyanı Azərbaycanın bütün tələbləri ilə razılaşaraq hərbi eskalasiyanı dayandırmaq üçün hər şeyi etməyə çağırıb”.
Bu barədə “Hraparak” erməni nəşrində məlumat verilib.
“Xüsusilə, azərbaycanlılar “artsax”ın özünü buraxması, “dövlət institutları”nın, “ordu”nun ləğvi, Azərbaycan Silahlı Qüvvələrinə silah-sursatın təhvil verilməsi barədə tələblərin öz əksini tapdığı qərarı Qarabağ ərazində yaşayan ermənilərə çatdırarkən Şahramanyan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyanla əlaqə saxlayıb və onun vasitəçiliyi ilə Paşinyanla bircə dəfə telefon danışığı olub. Həmin söhbətdə Ermənistanın baş naziri ondan Azərbaycanın bütün tələblərini dərhal yerinə yetirməyə və müharibənin Ermənistan ərazisinə keçməsinin qarşısını almağa çağırıb”- deyə, nəşr məlumat verib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar