Xəbər lenti
21/04/2025 [12:10]
Roma Papası öldü
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

PAŞİNYAN QARABAĞ ERMƏNİLƏRİNİ HARA GÖNDƏRİR? – “O, “baş ağrısı”ndan qurtulmaq istəyir”

Baxılıb: 682     Tarix: 27-10-2023 13:27   

Məlum olduğu kimi, Ermənistan hökumətinin dünən keçirilən iclasında Qarabağdan gedən ermənilərə “qaçqın” statusu verilməsinə dair qərar qəbul edilib.
Qanunvehedef.az xəbər verir ki, Ermənistanın “Hraparak” qəzeti bu qərarın Qarabağdan gedənlər tərəfindən birmənalı qarşılanmadığını yazıb.
Qəzet bildirir ki, sözügedən ermənilərin bir qismi hökumətin bu qərarını müsbət qarşılayıb: “Onların bir hissəsi bu qərarı səbirsizliklə gözləyirdi. Çünki Ermənistan hökumətilə bağlı onların heç bir ümidi yoxdur. Bu status isə onlara istənilən ölkədə siyasi sığınacaq almaq üçün müraciət etmək imkanı yaradır”.
Lakin qəzetin yazdığına görə, hökumətin bu qərarına üzülən ermənilər də var: “Digərləri, “artsax”ın gələcəyinə ümid bəsləyənlər isə ümidsizliyə qapılırlar. Onlar düşünürlər ki, Nikol Paşinyan yaxın zamanda “artsax”-ın statusu və onların öz vətənlərinə qaytarılması ilə məşğul olmaq barədə fikirləşmir. Bunun əvəzinə, Paşinyan bu “baş ağrısı”ndan qurtulmağa cəhd edir və Qarabağdan köç edənlərə bu statusu verməklə yaxın gələcəkdə Ermənistanı “artsaxlılar”dan azad görməyə ümid edir. Hansı ki, onlar artıq bu statusla başqa ölkələrdə məskunlaşacaqlar. Deməli, insan yoxdursa, problem də yoxdur”.



Qanunvehedef.azшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar