Xəbər lenti
28/08/2026 [13:10]
Sabah hava necə olacaq?
28/08/2026 [09:32]
İran ABŞ-ni hədələdi
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

İsrail HƏMAS-ın hərbi obyektlərinə zərbələri davam etdirir

Baxılıb: 831     Tarix: 27-10-2023 14:58   

İsrail Müdafiə ordusu oktyabrın 27-nə keçən gecə HƏMAS qruplaşmasının 250-dən çox hərbi obyektinə zərbələr endirib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı İsrail ordusu öz teleqram kanalında paylaşıb.
Zərbələr qırıcı təyyarələr ilə endirilib. Vurulan hədəflər sırasında qruplaşmaya məxsus tunel, operativ idarəetmə mərkəzləri və raket buraxılış qurğularının olduğu bildirilir.
Bununla yanaşı, İsrail ordusu onlarla HƏMAS döyüşçüsünə də zərbə endirib. Zərərsizləşdirilənlər arasında HƏMAS komandiri də var.
Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.

Qanunvehedef.az



{sape_links}{sape_article}