Xəbər lenti
Arxiv
«    Июль 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Mahaçqala aeroportu fəaliyyətini sabah bərpa edəcək

Baxılıb: 484     Tarix: 30-10-2023 09:30   

Dağıstanın paytaxtı Mahaçqala şəhərinin hava limanının oktyabrın 31-i gecə saatlarında fəaliyyətini bərpa edəcəyi gözlənilir.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) öz teleqram kanalında paylaşıb.
Bildirilir ki, hava limanının ərazisi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən diqqətlə yoxlanıldıqdan sonra aeroport fəaliyyətini bərpa edə bilər.
Xatırladaq ki, oktyabrın 29-u yüzlərlə insan hava limanı ərazisində etiraz aksiyasına toplaşıb. Buna səbəb İsraildən gələn təyyarə olub. Belə ki, yerli sakinlər yəhudilərin ərazidən çıxarılmasını tələb ediblər. Etirazçılar kütləvi şəkildə aeroportun binasına daxil olublar. İnsidentlə bağlı hava limanı bağlanıb. Daha əvvəl verilən məlumatda aeroportun noyabrın 6-na qədər bağlı olacağı qeyd olunub.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}