Xəbər lenti
18/09/2024 [11:59]
Ölkəmizə payız gəlir
Arxiv
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

“İsrail Qəzza zolağındakı əməliyyatın yeni mərhələsinə başlayıb”

Baxılıb: 342     Tarix: 31-10-2023 11:03   

“Fələstinin radikal HƏMAS hərəkatına qarşı müharibənin üçüncü mərhələsi başlayıb”.
Qanunvehedef.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu Nazirlər Kabinetinin iclasında danışıb.
“Birinci – blokada mərhələsi başa çatıb. HƏMAS qüvvələrinə havadan zərbələrin endirilməsindən ibarət olan ikinci mərhələ hələ də davam edir. Üçüncü mərhələ isə İsrailin Müdafiə ordusunun Qəzza zolağına quru hücumunun genişləndirilməsidir. Ordu bunu ölçülmüş, çox güclü addımlarla edir”, - deyə Netanyahu qeyd edib.
Qeyd edək ki, İsrail Müdafiə ordusunun rəsmi nümayəndəsi Daniel Haqari də öz növbəsində İsrail ordusunun Qəzza zolağına əlavə birliklər daxil etdiyini və anklavda quru əməliyyatının miqyasının genişləndirilməsinin davam etdiyini açıqlayıb.
Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar