Xəbər lenti
29/10/2026 [13:59]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Ermənistan DİN ölkədəki Qarabağ ermənilərini silahları təhvil verməyə çağırıb

Baxılıb: 535     Tarix: 31-10-2023 12:10   

Ermənistanın Daxili İşlər Nazirliyi Qarabağı könüllü tərk edərək ölkəyə gələn erməni sakinləri sahib olduqları qanunsuz silah-sursatı təhvil verməyə çağırıb.
Qanunvehedef.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı nazirlik yayıb.
Məlumatda qeyd olunur ki, silahlarını təhvil verən şəxslər məsuliyyətə cəlb olunmayacaq.
Qeyd edək ki, bir neçə gün əvvəl Ermənistan DİN-in rəhbəri Vaqe Kazaryan parlamentdə çıxışı zamanı bildirib ki, Qarabağdan Ermənistana müəyyən miqdarda silah-sursat gətirildiyi barədə məlumat var. O bildirib ki, özü ilə silah gətirən bəzi şəxslər artıq könüllü olaraq onları təhvilverib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar