Xəbər lenti
29/10/2026 [13:59]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Rusiyalı milyarder Fransada saxlanıldı

Baxılıb: 713     Tarix: 31-10-2023 13:35   

Rusiyalı milyarder Aleksey Kuzmiçev Fransada saxlanılıb.
Qanunvehedef.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə "Le Monde" qəzeti yazır.
Nəşr Milli Maliyyə Prokurorluğuna istinadən şübhəlinin Parisin yeddinci rayonundakı evində və onun Sen-Tropedəki villasında aparılan axtarışlardan bəhs edir.
Qəzet Kuzmiçevi "Rusiyanın ən nüfuzlu adamlarından biri" adlandırır və onun Ukraynadakı hadisələrlə bağlı Aİ sanksiyaları altında olduğunu qeyd edir. O, Fransa ərazisində olarkən sanksiya siyahısına daxil edilib.
Prokurorluğun bildirdiyinə görə, Kuzmiçevə qarşı aparılan istintaq vergi fırıldaqları, eləcə də digər qanun pozuntuları, o cümlədən "sanksiyaların pozulması" ilə bağlı şübhələrə aiddir.
Xatırladaq ki, ötən il martın 15-dən Kuzmiçev Aİ-nin sanksiyaları altındadır.
Kuzmiçevin nümayəndələrindən Fransa mediasından bu məlumatla bağlı hələlik heç bir şərh verilməyib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar