Xəbər lenti
29/10/2026 [13:59]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Ukrayna əks-hücuma keçib

Baxılıb: 713     Tarix: 20-11-2023 13:39   

Rusiya ordusunun bir aydan artıqdır Donetsk vilayətinin Avdeyevka yaşayış məntəqəsi istiqamətində davam etdirdiyi şiddətli hücum əməliyyatları Kremlin istədiyi nəticəni vermir.
Qanunvehedef.az xəbər verir ki, ABŞ Müharibə Araşdırmaları İnstitutu son hesabatında Ukrayna bölmələrinin Avdeyevka yaxınlığındakı dəmir yolu istiqamətində əks-hücuma keçdiyini bildirib. Hesabatda qeyd olunur ki, Ukrayna tərəfi bu istiqamətdə irəliləyə bilib.
Xəbərdə deyilir ki, Ukrayna Silahlı Qüvvələri Avdeyevkanın şimalındakı Stepnoye istiqamətində Rusiya qoşunlarının hücumunu dayandırıb və əks-hücuma keçərək, bir qədər irəliləyib.
Həmçinin, bu istiqamətdə Rusiya qoşunlarının sıralarında fərarilik hallarının çoxaldığı qeyd olunur və xatırladılır ki, son bir neçə həftədə Rusiya qoşunları Avdeyevka istiqamətində 10 minə yaxın canlı qüvvə və 270 ədəd hərbi texnika itirib.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar