Xəbər lenti
29/10/2026 [13:59]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Husilər Qırmızı dənizdə İsrail gəmilərini blokadaya almağa davam edəcəklərini bildiriblər

Baxılıb: 623     Tarix: 01-12-2023 10:30   

Yəmənin üsyançı hərəkatı "Ənsar Allah" (husilər) Qırmızı dənizdə İsrail gəmilərini blokadaya almağa davam edəcək.
Bu barədə onların silahlı qüvvələrinin bəyanatında deyilir.
Hərəkat nümayəndəsi Yəhya Sariya "Telegram" kanalında dərc edib.
"Yəmən Silahlı Qüvvələri Qırmızı dənizdə İsrail gəmilərini mühasirəyə almağa davam edəcək və bu qərarın tam şəkildə həyata keçirilməsi üçün əlavə tədbirlər görəcək", - deyə məlumatda qeyd olunub.
Husilər qeyd ediblər ki, İsrail noyabrın 24-də müvəqqəti humanitar atəşkəsin qüvvəyə mindiyi Qəzza zolağına yenidən zərbə endirməyə başlayarsa, İsrailə qarşı hərbi əməliyyatları bərpa etməyə hazırdırlar. Eyni zamanda, "Ənsar Allah" hərəkatı İsrail tərəfinin Fələstin anklavının sakinlərinə qarşı aqressiyanı dayandıracağı təqdirdə zərbə endirməyi dayandırmağa hazırdır.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar